nəcib metallar (qızıl, gümüş, platin)

the precious metals благородные металлы
nə yuvanın quşudur?
Nəcis deyil - babam batırıb.
OBASTAN VİKİ
Nəcib metallar
Nəcib metallar — əlvan metalların bir növü olaraq qruplaşdırılır. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir. 1 yanvar 2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır. Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır. Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-nin "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Metallar
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Amorf metallar
Amorf metallar (A.m)-qeyri-kristallik bərk metallar və onların ərintiləridir. Metal (və qeyri-metal) maddələrin amorfluğu təcrübi olaraq kristallar üçün xarakter olan nümunələrin rentgen-, neytron- və elektronoqramlarında difraksiya maksimumlarının olması ilə müəyyən olunur. A.m.-ın əsas alınma üsulları bunlardır: 1) maye ərintinin sürətlə soyudulması (q ≥ {\displaystyle \geq } 105−106 К/с sürətilə); alınan amorf ərinti metallik şüşə adlanır; 2) soyuq altlıqda A.m.-ın nazik təbəqəsi alınana kimi buxarın kondensasiyası və ya atomların tozlandırılması; 3) elektrokimyəvi çökdürmə; 4) kristallik metalları ion və ya neytronların intensiv axını ilə şüalandırma. A.m.-kristallizasiya prosesinə nisbətən termodinamik dayanıqsız metastabil sistemlərdir; onların mövcudluğu yalnız aşağı temperaturlarda kinetik proseslərin astalığı ilə əlaqədardır. Amorflaşdırıcı aşqarların mövcudluğu A.m.-in stabilləşməsinə kömək edir. Təmiz metallardan alınan amorf nazik təbəqələr ərintidən alınanlardan daha az stabildir, təmiz metallardan metallik şüşələrin alınması üçün isə yüksək sürətli soyutma tələb olunur (~1010 К/с). İlk dəfə 1960-cı ildə alınmış metallik şüşələr daha çox maraqlıdır. Metallik şüşələrin əsas sinifləri: М1-х Yх — sistemlərи, М — keçid və ya təsirsiz metal, Y-amorflayıcı qeyri-metal və keçid metallarının və ya digər metalların ərintiləri. Tərkiblərin müəyyən intervalında [1–3] metallik şüşələrin əksəriyyəti nadir mexaniki, maqnit və kimyəvi xassələrə malikdir. Bir sıra metallik şüşələrin axıcılıq və şəffaflıq sərhəddi çox yüksəkdir və nəzəri sərhədə yaxındır.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. == Ümumi məlumat == Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsium Ağır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Qara metallar
Qara metallar — qara metallara dəmir filizləri və xromit filizləri aiddir. Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən, Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının təlabatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70–80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir. 1960–1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə Ipək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur. Istibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir. Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Qələvi metallar
Qələvi metallar - Elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metallardır. Fransium xaricində hamısı, yumşaq quruluşda və parlaq görünüşdədir. Asanlıqla əriyə bilər və uçucu hala keçə bilərlər. Nisbi atom kütlələri artdıqca, ərimə və qaynama nöqtələri də geniş göstərilir. Digər metallara müqayisədə, öz kütlələri də olduqca aşağıdır. Hamısı da, reaksiyalarda aktivdir. Ən yüksək əsas enerji səviyyələrində bir tək elektron daşıyırlar. Bu elektronu çox asan itirərək +1 yüklü ionlar meydana gətirə bildikləri üçün, qüvvətli reduksiyaedicidirlər. İstilik və elektriki çox yaxşı çatdırırlar. Suyla qarşılıqlı təsirləri çox güclüdür, suyla reaksiya nəticəsində hidrogen qazı ortaya çıxarırlar.Qələvilərə aiddir: LiOH, NaOH, Ca(OH)2 "Group 1: The Alkali Metals".
Təbii metallar
Təbii metallar — təbii metal, metalik formasında, saf və ya qarışıq şəkildə təbiətdə rast gəlinən metallar. Tək-tək və ya qarışıqlarda təbii olaraq tapılan metallar arasında alüminium, sürmə, arsen, bismut, kadmium, xrom, kobalt, indiyum, dəmir, manqan, molibden, nikel, renyum, selenium, tantal, tellur, qalay, titan, volfram, vanadium vardır. Qızıl və platin qrupları vardır. Qızıl qrupu qızıl, mis, qurğuşun, alüminium və gümüşdən ibarətdir. Platin qrupuna platin, iridium, osmiyum, palladium, rodium və rutenyum daxildir. Təbii halda olan ərintilər arasında düyü, tunc, qalay, alman gümüşü, osmiridium, elektrum, ağ qızıl və gümüş-civə və amalgam iştirak etmişdir. Yalnız qızıl, gümüş, mis və platin metallar təbiətdə böyük miqdarlarda meydana gəlir. Geoloji tədqiqat zamanı, çox az metal oksigenə təbii hava şərtlərinə müqavimət göstərir, bu səbəblə tez-tez qızıl və platin kimi daha az reaktiv metallar yerli metallar olaraq tapılır. Digərləri ümumiyyətlə təbii bir kimyəvi prosesin, metalın ortaq bir tərkibini və ya mədənini azaltdığı və saf metal kimi ortaya çıxar. Təbii qeyri-metal elementlər karbon və kükürddən ibarətdir.
Nəcib Cihanov
Nəcib Cihanov (2 (15) yanvar 1911 – 2 iyun 1988, Ufa) — tatar bəstəkar, müəllim və dövlət xadimi. 2 yanvar 1911-ci ildə Ural şəhərində anadan olmuşdur. Uşaqlar evində yaşayan Nəcib burada musiqi dərslərə almağa başladı. İlk musiqi müəllimi Svetçina Sankt-Peterburq Konservatoriyasının məzunu idi. 1928-ci ildə isə musiqi məktəbində oxumaq niyyəti ilə bacısı Faizanın yaşadığı Kazan şəhərinə gəldi. Kazan şəhərində N. A. Shevalinadan musiqi dərsləri almağa başladı. 1929-cu ildə Şərq Musiqi Kollecinə daxil olsa da, buradakı təhsilini davam etdirə bilmədi. Kollec müəllimləri ilə birgə çıxışlar edən Cihanov M. A. Pyatnitskayanın sinfində, violonçeldə - R.L.Polyakovda fortepianoda oxudu. 1931-ci ildə bəstəkar A.S. Klyuçaryovun məsləhəti ilə Moskvaya getdi və 1935-ci ildə məzun olduğu Regional Musiqi Kollecinə (indiki P.İ. Çaykovski adına Moskva Konservatoriyası nəzdindəki Akademik Musiqi Kolleci) daxil oldu. Üçüncü kursda ixtisasını dəyişib kompozisiya sinfində oxudu.
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.
Nəcib boymadərən
Nəcib boymadərən (lat. Achillea nobilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
Nəcib maral
Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir. Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir.
Nəcib qazlar
Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir. Element Dövri sistemin 8-ci qrupu Qazlar Hellium Neon Arqon Kripton Ksenon Radon Radium Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Gümüş (Dərəçiçək)
Gümüş — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır. Gümüşün 1918-ci ildə 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də birdəfəlik sahib olmuşlar.
Gümüş Minillik
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir.
Gümüş medal
Gümüş medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. İdmanda gümüş medal, adətən yarışda ikinci yeri qazanan iştirakçıya təqdim edilir. Birinci və üçüncü yeri tutan qaliblər müvafiq olaraq qızıl medal və bürünc medallarla mükafatlandırılır. 2004-ci ildən başlayaraq və Afina Olimpiya oyunlarının, ənənələrindən uzaqlaşdılar və medal hər iki tərəfin təşkilatçılarının unikal dizaynına əsasən hazırlandı.
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.
Gümüş qıjı
Gümüş qıjı (lat. Cyathea dealbata) — Qıjı cinsinə aid bitki növü. Ağacın yüksəkliyi 10 m qədər yetişər. Gümüş qıjının yarpağı, Yeni Zelandiyanın Milli Gülü dür.
Gümüş rəngi
Gümüşü – rəng çaları.